No

No aktyoru
Müxtəlif emosiyaları əks etdirən
No maskaları. Berlin muzeyi

No (yap. ) və ya Noqaku (能楽, Nōgaku?)[1] — ənənəvi yapon dram teatr sənəti. “No” sözü yapon dilindən tərcümədə “ustalıq”, “bacarıq” və “istedad” mənasını daşıyır.

No və ya noqaku XIV-XV əsrlərdə yaransada omun tarixi VIII əsrdən, yəni snqaku sənətinin Çindən Yaponiyaya gətirildiyi vaxta təsadüf edir. No əsas Yapon teatr sənətidir və üz təsirini yapon kukla teatrına və eləcə də kabuki teatrına göstərib.

Ənənəvi ədəbiyyat nağıllarının əsasında qurulan no teatrı özündə rəqs əsaslı səhnələri, maskaların, geyimlərin və müxtəlif rekvizitdən istifadə etməni özündə cəmləşdirir.

1983-cü ildə Milli No Teatrının əsası qoyulub. 2008-ci ildə isə no YUNESKO-nun mənəvi irsi siyahısına daxil edilir.

Nonu meydana gətirən üç ana ünsür vardır;

Oyuncular maskalar istifadə edərlər və yavaş rəqslər edərlər.Oyuncular ümumiyyətlə kişidir.Özlərinə atadan keçmə bir qabiliyyət verildiyinə inanılar.Bu səbəblə qadın tələb edən rollarda belə kişilər bu işi maskalar ilə həll edər. No musiqiləri ümumi olaraq baraban və flüt üzərinə edilir. Nonun beş növü mövcuddur;

  • Kami mono (神物) ya vaki nō (脇能)
  • Şura mono (修羅物) ya aşura nō (阿修羅能, savaşçı oyunlar)
  • Katsura mono (鬘物, takma saç oyunlar) ya onna mono (女物, qadın oyunlar)
  • 94 "müxtəlifnövlü" oyunlar, o cümlədən kyōran mono (狂乱物) or dəlilik oyunlar, onryō mono (怨霊物) ya qisasçılıq xortlaq oyunlar, və qenzai mono (現在物)
  • Kiri nō (切り能, son oyunlar) ya oni mono (鬼物, iblis oyunlar)
  1. Но // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 289.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search